Sumqayıtda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb | Icma.az
Report.az saytına istinadən Icma.az xəbər verir. Sumqayıt şəhərinda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə dekabrın 4-də şəhərin Sülh prospketində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada,1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müdaxilələrə baxmayaraq, o dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu