Sumqayıtda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb

12.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 4-də şəhərin Sülh prospektində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolu keçən piyada, 1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müdaxilələrə baxmayaraq, o, dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью