Sumqayıtda avtomobilin vurduğu piyada öldü FOTO

08.06.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Bakı-Quba magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yolu keçmək istəyən kişi piyadanı "Toyota Prius" markalı minik avtomobili vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həlak olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью