Sumqayıtda avtoqəza can aldı

04.10.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.

Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью