“Sumqayıt”da ayrılıq fevralda gəlmişdi… (ÖZƏL)

27.05.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistanlı hücumçu Bobir Abdixolikov “Sumqayıt”dan ayrılıb.

“Futbolpress.az”ın əldə etdiyi məlumata görə, 28 yaşlı futbolçu ilə müddəti başa çatan müqavilə uzadılmayacaq.

Bobir bu ilin fevralından “kimyaçılar”da çıxış edirdi. O, Premyer Liqada 13 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. Premyer Liqa təmsilçisi ilə 6 ay+1 illik şərti ilə müqavilə imzalayan Bobir özü Azərbaycanda qalmaq istəməyib.

“Sumqayıt”da baş məşqçi postu da boşdur. Mövsümün sonlarında Vaqif Cavadovla yollarını ayıran “gənclik şəhəri” təmsilçisi bu posta axtarışlarını davam etdirir.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью