“Sumqayıt”da ayrılıq rəsmi

23.11.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sumqayıt”da ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” yarımmüdafiəçi Masaki Murata ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023/2024 mövsümündə “Sumqayıt”da çıxış edən yaponiyalı oyunçu 2025-ci ildə komandaya qayıtmışdı. Onunla anlaşmanın müddəti 2027-ci ilin yayına kimi idi.

Masaki bu mövsüm çempionatda oyuna çıxmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью