Sumqayıtda azyaşlı “VAZ”la “avtoş”luq edib sosial şəbəkədə paylaşdı VİDEO

08.10.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtda azyaşlı sürücü qaydaları kobud şəkildə pozaraq özünü videoya çəkib və görüntüləri “TikTok”da paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 50-BM-846 dövlət nömrə nişanlı “VAZ-1111” (“Oka”) markalı avtomobilin sürücüsü yaşayış məntəqəsində təhlükəli manevrlər edib. Kadrdan göründüyü kimi, o, avtomobili gah sağa, gah da sola hərəkət etdirərək “şou” göstərib. Yeniyetmə sürücü nəqliyyat vasitəsini vəsiqəsiz və ön dövlət nömrə nişanı olmadan idarə edib. Avtomobildəki azyaşlı sərnişin isə ön oturacaqda yarı uzanıqlı vəziyyətdə əyləşərək təhlükə yaradıb.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью