Sumqayıtda azyaşlının velosipedini oğurladılar

29.06.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər sakini olan bir nəfər azyaşlı övladına qarşı soyğunçuluq edilməsi ilə bağlı polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı S.Rzayev saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində yerləşən evlərdən birinin qarşısından velosiped oğurladığı da məlum olub.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью