Sumqayıtda bank kartından oğurluq edən şəxs saxlanılıb

31.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Sumqayıt şəhərində bir nəfərin bank kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəhər sakini polisə müraciət edərək itirdiyi bank kartından pul vəsaitinin talandığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Ələkbərov saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью