Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb.
Ölkə.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yaşayış binasında dekabrın 3-də partlayış baş verən mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib.
İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.