Sumqayıtda basketbol üzrə beynəlxalq turnir keçiriləcək

11.06.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda 3×3 basketbol üzrə “Women”s Series” beynəlxalq turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, yarış iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq. Azərbaycanı turnirdə qadınlardan ibarət milli komanda və “Neftçi SOCAR” təmsil edəcək.

Mükafatlar uğrunda həmçinin Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, “Yanjing” (Çin), Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay komandaları mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью