Sumqayıtda BƏDBƏXT HADİSƏ sürücü öldü

01.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki,hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzanı qaldırarkən 10.000 kv-luq elektrik cərəyan xəttinə toxunub.

Sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью