Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Əliflan Nəzər oğlu Yarəliyev toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.
Yaxınları ona kömək göstərməyə çalışsalar da, Ə.Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.