Sumqayıtda “Bəy hamamı”nda yanğın baş verdi Yeni Çağ Media

25.11.2024

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112″ qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью