Sumqayıtda “Bəy hamamı”ndakı yanğın söndürüldü YENİLƏNİB

25.11.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***21:22

Sumqayıtda “Bəy hamamı” yanır.

"Unikal"ın məlumatına gör, yanğın Niyazi və Çerkassı küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью