Sumqayıtda binada güclü partlayış: yaralılar var Adlar (Yenilənib)

03.12.2024

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yaşayış binasının aşağı mərtəbələrində baş vermiş güclü partlayışda bir neçə nəfər yaralanıb.

Mia.az-ın məlumatına görə, hadisədə 1977-ci il təvəllüdlü Əliyev Ramin Zakir oğlu, 2007-ci il təvəllüdlü Əliyev Ayxan Ramin oğlu və 2010-cu il təvəllüdlü Əliyeva Familə Ramin qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью