Sumqayıtda binada yanğın oldu | Icma.az
Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, açarı və 3 paq.m.
kabel yanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı tüstülənmiş mənzildən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu