Sumqayıtda binada yanğın oldu Zərərçəkən var

01.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, açarı və 3 paq.m. kabel yanıb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı tüstülənmiş mənzildən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью