Sumqayıtda binadan yıxıldığı deyilən 17 yaşlı gənc intihar edibmiş

10.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, martın 9-da gecə saat 2 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.

İntiharın səbəbi məlum deyil.

Araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью