Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtda çəkilən maraqlı videogörüntü sosial şəbəkələrdə diqqət çəkib. Görüntüdə binanın yan divarında ağacın bitdiyi görünür. Qeyri-adi mənzərə izləyicilər arasında maraq yaradıb. Ağacın həmin yerdə necə bitdiyi isə maraq doğuran suallardan biridir.Binanın divarında ağacın bitməsi necə mümkün ola bilər?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu barədə Bizimyol.info xəbər portalına danışan biologiya üzrə fəlsəfə doktoru, entomoloq Gülər Hüseynzadə bildirib ki, bu aylant ağacı ola bilər: “Latınca adı Ailanthus altissimadır. Quraqlığa, şor torpaqlara, havanın çirkliliyinə və güclü şaxtalara qarşı son dərəcə davamlıdır. Bakı və Abşeron şəraitində, susuz və baxımsız qalan daşlıq ərazilərdə belə asanlıqla bitir. Bir yetkin ağac ildə 300 mindən çox qanadlı toxum istehsal edir və bu toxumlar küləklə çox uzaqlara yayılır”.
Günel Həsənova, Bizimyol.info