Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərləndi

15.11.2024

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıtda biri azyaşlı olmaqla üç nəfər dəm qazından zəhərlənib.

Adalet.az apa-ya xəbər verir ki, hadisə şəhərin Stansiya Sumqayıt ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью