Sumqayıtda bir sinifdə 52 şagird Valideynlər ayağa qalxdı

28.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə bir sinifdə şagird sayının 52-yə çatması valideynlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı valideynlərdən biri sosial şəbəkədə paylaşım edib.
Valideynin sözlərinə görə, övladı 38 şagirdin təhsil aldığı sinifdə 5-ci sinfə keçib. Bu tədris ilində sinfin müəllim heyətindən və təhsil şəraitindən razı qalan digər valideynlər də uşaqlarını həmin sinfə keçirmək istəyiblər. Nəticədə sinifdə şagird sayı 52-yə yüksəlib.
 

Bu qədər şagirdin eyni sinif otağında təhsil alması uşaqlar üçün ciddi sıxlıq yaradır və onların normal təhsil almasına mane olur. Sonuncu dəfə sinfə gətirilən 4 şagirdin adı elektron sistemdə və sinif jurnalında hələ də başqa sinifdə qeyd olunub. O, yerdəyişmə prosesi rəsmi qaydada başa çatmamış həmin şagirdlərin hansı əsasla sinfə qəbul edildiyini sual edib.


Valideynlər dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək yeni paralel sinfin açılmasını istəyiblər. Lakin onlara məktəbdə əlavə boş otağın olmadığı, şagirdlərin yerdəyişməsinin isə yuxarı rəhbərliyin göstərişi ilə həyata keçirildiyi bildirilib - deyə əlavə edilib.
Şikayətçi qeyd edib ki, Regional Təhsil İdarəsinə şikayət etmək niyyətində olduqlarını məktəb direktoruna çatdırdıqdan sonra direktor məsələnin özünün həll edəcəyini bildirib. Buna baxmayaraq, sonradan sinfə daha 4 şagirdin gətirildiyi iddia olunur.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsininə sorğu ünvanlanıb. (Trend) 
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью