Sumqayıtda bu yol yenə çökdü Foto

21.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində yolun daha bir hissəsi çöküb.

Axar.az Report-a istinadla xəbər verir ki, çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli küçəsində yolun ayrı-ayrı hissələrində daha əvvəl də çökmələr qeydə alınıb. Bir neçə gün əvvəl küçənin başqa bir hissəsində yaranan çökmə aradan qaldırılıb. Bundan bir neçə ay öncə də eyni küçədə yolun digər hissəsi çökərək təmir olunmuşdu. İndi isə küçədə növbəti, üçüncü çökmə qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью