Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində yerləşən “Pürrəngi” çay evində qeydə alınıb.
Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Şirəliyev Yadigar Muxtar oğlu aralarında yaranan münaqişə zəminində Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Ənvər oğluna bıçaqla xəsarət yetirib.
Polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.