Sumqayıtda cibgirlik: Yaşlı qadını izləyib pullarını oğurladı Anbaan video

25.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.
Bizim.Media xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью