Sumqayıtda cinayət: iki uşaq atası bıçaqlandı VİDEO

10.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Modern.az "Baku TV"yə istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində 1982-ci il təvəllüdlü Elmar Qədimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Qonşuları bildirib ki, E.Qədimov sakit insan olub, ailəlidir və iki övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью