Sumqayıtda daşınmaz əmlakla bağlı vətəndaşların müraciətlərinə baxılıb

21.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Sumqayıtda Xızı və Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlarla görüşüb.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iştirak edənlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.

Qaldırılan bəzi məsələlər öz həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью