Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Sabir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı qızı İradəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 40-cı məhəllədə baş verib.
Sabir həmin ünvanda aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə zamanı İradənin sifət nahiyyəsindən vurub, ona xəsarətlər yetirib.
Hadisəni törədən Sabirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, bacısı qızı İradə ilə aralarında yaranmış mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlədib, bu səbəbdən mübahisələri yaranıb.
Yaranmış mübahisə zamanı bacısı qızını döyüb. İş üzrə zərərçəkmiş qismində ifadə verən İradənin sözlərinə görə, Sabir onun sifətinin sağ yan