Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərləndi İDDİA

09.10.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur.

"Yeni Sabah" Nocomment.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub.

İddialara əsasən, hadisə nəticəsində ümumilikdə 12 uşaq zərər çəkib. Toyuqlu pizza

Azyaşlıların səhhətində yaranan kəskin ağırlaşmalar valideynlər arasında ciddi narahatlıq və narazılığa səbəb olub.

Hazırda hadisənin baş vermə səbəbləri, uşaqlara tətbiq edilən preparatların keyfiyyəti və onların ümumi səhhəti ilə bağlı məsələlərlə bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью