Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 18-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil dayanmış yük maşınına çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi olub. Zərbənin təsirindən maşının yarı hissəsi yük avtomobilinin altında qalıb. Sürücü və maşında olan sərnişinin ağır bədən xəsarətləri aldığı bildirilir.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları və evakuator cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin