Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sumqayıtda avtomobil iki qadını vurub: xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki qadın xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarı ilə hərəkət edən iki qadını vurub.
Nəticədə qadınlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar./nocomment.az