Sumqayıtda dəmir parçasıyla döyülən qadın ölüb

08.01.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda qonşular arasında mübahisə zamanı dəmir parçasıyla döyülən qadın ölüb.

APA xəbər verir ki, hadisə 5 yanvar tarixində şəhərin Xəzər bağlarında qeydə alınıb.

1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu,1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Mehparə Ələkbərova bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью