Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Sumqayıtda dənizdə 3 nəfərin batması haqqında məlumat yayılıb.
Bizim.Media