Sumqayıtda dərman qəbul etdikdən sonra halı pisləşən kişi xəstəxanada öldü

29.09.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həsənov Orxan Mayıl oğlunun halı dərman qəbul etdikdən sonra pisləşib. 

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью