Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb

27.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью