Sumqayıtda dispanserdə müalicə alan şəxs ÖLDÜ

12.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

 "Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, dispanserə alkoqol sərxoşluğu vəziyyətində daxil olmuş, tufeyli həyat tərzi sürən həmin şəxs, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью