Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı FOTO

02.09.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt Perinatal Mərkəzində yanğın baş verib, hadisə binanın üçüncü mərtəbəsində qeydə alınıb. 

Avtosfer.az nocomment.az-a istinadla xəbər verir ki, kondisionerin alışması nəticəsində yaranan tüstülənmə və təhlükə səbəbindən dərhal operativ tədbirlər görülüb.

Mərkəzdə olan yeni doğulan körpələr və analar təhlükəsiz şəkildə təxliyə ediliblər.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Həmçinin bildirilir ki, yeni doğulan körpələrin və anaların vəziyyəti yaxşıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью