Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıtda doğuş faciəsi yaşanıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, şəhər sakini, 2002-ci il təvəllüdlü S.Səlimova yaşadığı evdə doğuş keçirib.
Doğuş zamanı körpə ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.