Sumqayıtda doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı işə başl…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt, 10 dekabr, Ətrabə Rzayeva, AZƏRTACDekabrın 10-da Sumqayıt Dövlət Universitetində (SDU) doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçirilir.
Tədbirdə Elm və Təhsil Nazirliyin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları, alimlər, ictimai-siyasi xadimlər, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərində yerləşən abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.Sonra SDU-nun akt zalında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Respublika elmi konfransın plenar iclası işə başlayıb.
Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.SDU-nun rektoru, dosent Rüfət Əzizov doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının Sumqayıtda keçirilməsindən məmnunluğunu bildirib.
O, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt universitetində tətbiq edilən yeniliklərdən, tədris olunan ixtisaslardan, tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlərdən söz açıb.
Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti sənaye şəhərinin bilik və təcrübə mənbəyinə çevrilir.
Elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə təşkil olunan konfransın əhəmiyyətindən danışıb.
Bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edən nazir, ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını diqqətə çatdırıb.
Tam oxu
Xəbəri oxu