Sumqayıtda doqquzmərtəbəli binada yanğın oldu Altı sakin TƏXLİYƏ EDİLDİ

14.12.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью