Sumqayıtda əlilliyi olan uşaqlar üçün master klass keçirildi

27.07.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetinin benefisiarları üçün açıq havada master-klass təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə kabinetin sosial reabilitasiya xidmətlərindən yararlanan əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbirin əsas məqsədi sosial inklüzivliyin gücləndirilməsi, həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyasına dəstək göstərilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.

Uşaqların sosial bacarıqlarının inkişafı və ətraf mühitlə yaxından tanış olması məqsədilə rəngləmə, müxtəlif interaktiv və komanda oyunları, musiqili çıxışlar, eləcə də peşəkar animatorların iştirakı ilə rəngarəng şou-proqram təşkil olunub.

İştirakçıların ünsiyyət bacarıqlarının, kollektiv fəaliyyət vərdişlərinin və özünəinamının inkişafına xidmət edən tədbir rəngarəng görüntülərlə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью