Sumqayıtda elti eltini bıçaqladı

06.11.2024

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda 29 yaşlı qadın qaynının həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Moderator.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdü Ülviyyə Faiq qızı Quluyeva yaşadığı evdə yaranmış mübahisə zamanı qaynının həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ruhanə Mübariz qızı Quluzadə tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью