Sumqayıtda ər arvadını bıçaqlayıb YENİLƏNİB

02.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 30-da 2002-ci il təvəllüdlü Z.Məmmədli Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək cari il oktyabrın 11-də yaşadığı mənzildə əri tərəfindən fiziki zorakılığa məruz qaldığını və onun kəsici alətlə qol nahiyəsinə xəsarət yetirdiyini bildirib.

Bu barədə APA-ya DİN-Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.

Hazırda müraciət üzrə təhqiqat araşdırmaları aparılır.

***

09.52

Sumqayıtda ər arvadını bıçaqlayıb.

APA xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Vüqar Məmmədli ailə münaqişəsi zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Zəkiyyə Məmmədliyə bıçaqla xəsarətlər yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью