Sumqayıtda evdə yanan qadın xəstəxanada ölüb

16.01.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərində evdə yanan qadın xəstəxanada ölüb. SİA-nın məlumatına görə, hadisə üç gün əvvəl Sumqayıt şəhər "Yaşıl dərə" yaşayış massivində qeydə alınıb.

1953-cü il təvəllüdlü Solmaz Əjdər qızı Məcidova ehtiyatsızlıq nəticəsində yanıb.

O dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Aparılan müayinə və müalicələrə baxmayaraq, o bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью