Sumqayıtda evdən 4 minlik qızıl oğurlayan qadın tutuldu

15.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Sumqayıt şəhərində oğurluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью