Sumqayıtda evdən məişət əşyaları oğurladılar VİDEO

04.02.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 24-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində iki naməlum şəxs qapısı açıq qalmış bir evin həyətinə daxil olaraq 2000 manat dəyərində məişət əşyalarını oğurlayıblar. Bu barədə zərərçəkən polisə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı qadın və 35 yaşlı Vaqif Şəfiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların bir müddət əvvəl həmin evi kənardan müşahidə etdikləri və gediş-gəlişin olmamasından istifadə edərək məişət əşyalarını talayıb metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью