Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, 1953-cü il təvəllüdlü Vlasov Pavel Oruc oğlu Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən mənzilində həyatını itirmiş halda tapılıb.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyitə baxış keçirilib, ölümün dəqiq səbəblərinin müəyyən olunması üçün müvafiq araşdırmalar aparılır.
(teleqraf)