Sumqayıtda fabrikdə zəhərlənənlərin son durumu

22.04.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Sumqayıtda fabrikdə zəhərlənib, xəstəxanaya yerləşdirilən 21 nəfər artıq evə buraxılıb.

Bu barədə Bakupost.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dünən saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslərin hamısı ambulator müalicə üçün evə buraxılıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью