Sumqayıtda FACİƏ Sürücü sükan arxasında həyatını itirdi

04.10.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.
Bizim.Media Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 44 yaşlı Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.
Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.
Fakta bağlı araşdırma aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью