Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi

29.05.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, yanğın şəhərin "Yaşıl dərə" yaşayış massivində yerləşən evlərin birində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində zəruri işlər aparılır.

Hadisənin səbəbi, eləcə də əraziyə və sakinlərə dəyən zərərin həcmi araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью